Anasını tək qoyub Rusiyaya getdi, barda öldürüldü

  Anasını tək qoyub Rusiyaya getdi, barda öldürüldü
  30 İyul 2019    Oxunub:18553
İyulun 28-də Rusiyada 27 yaşlı azərbaycanlı qətlə yetirilib. Hadisə İvanov şəhərindəki Puşkin meydanına yerləşən “Rokko” barında baş verib. Barda düşən dava zamanı azərbaycanlı güllələnərək öldürülüb. Hadisənin təfərrüatları məlum deyil.
Cinayət anını əks etdirən kadrlardan görünür ki, qatil azərbaycanlının baş nahiyəsinə odlu silahdan atəş açıb. Nəticədə 27 yaşlı şəxs hadisə yerində ölüb.



Qətlə yetirilən azərbaycanlı Quba rayonunun Talabıqışlaq kəndindən olan Fazil Balayevdir. Rusiyada ticarətlə məşğul olan 27 yaşlı Balayev subay olub.

Talabıqışlaq kəndinin icra nümayəndəsi Pənah Atayev Azvision.az -a bildirib ki, Balayev uzun müddət Rusiyada yaşayıb. Belə ki, onun ailəsi illər öncə ticarətlə məşğul olmaq üçün Rusiyaya köçüb.



“Ailədə 3 uşaqdırlar. Bir bacıları var, evlidir. Ata və iki oğlu işləmək üçün Rusiyaya gedib. 3-4 aydan bir kəndə gəlirdilər. Evdə yalnız anaları qalır. Normal ailədir. Öldürülən oğlan subay olub. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir. Onun cənazəsi bu axşam, ya sabah kəndə gətiriləcək”, - P.Atayev deyib.

Azvision.az



Teqlər: Rusiya   Qətl   Bar  





Xəbər lenti