Tələbə olmaq istəyənlərin bilməli olduğu vacib faktlar

Tələbə olmaq istəyənlərin bilməli olduğu vacib faktlar
  30 İyul 2019    Oxunub:3016
Ali məktəbə qəbul olmaq üçün yetərincə bal yığmaq kifayət etmir, düzgün ixtisas seçimi mütləqdir. Bu zaman Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi statistik məlumatlara və abituriyent jurnalına istinad etmək, ciddi şəkildə baxmaq lazımdır. Yoxsa yüksək bal toplamış abituriyentlər belə tələbə adını qazanmaqdan mərhum ola bilər. Xüsusi ilə abituriyentlər plan yerlərini və imtahan iştirakçıların topladığı balı əvvəlki illərlə müqayisə etməlidirlər.
Bunu Azvision.az -a açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib. O bildirib ki, 2019-cu ilin qəbul imtahanlarında I ixtisas qrupu üzrə ümumi balı 200-dən və imtahanların ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 10524 (2018-ci ildə 13169), ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 15101 (2018-ci ildə 16649) abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.

“Amma I ixtisas qrupu üzrə ümumi plan yerlərinin sayı 15223– dür (2018-ci ildə 14475) . Bu, o deməkdir ki, I ixtisas qrupu üzrə 200-dən çox bal toplayan bütün abituriyentlərin tələbə adı qazanmaq şansı var və hətta bu qrup üzrə 4 mindən çox plan yeri boş qalacaq. Lakin I ixtisas qrupu üzrə 150 ballıq ixtisasları seçən abituriyentlərin tələbə adını qazanmaq şansı azdır, onların ixtisas seçimi zamanı diqqətli olması tövsiyə olunur. I ixtisas qrupu üzrə ödənişsiz, dövlət sifarişli plan yerlərinin sayı 9351– dir (2018-ci ildə 5731) .

2019-cu ildə II ixtisas qrupu üzrə ümumi balı 200-dən və imtahanlaırn ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 8170 (2018-ci ildə 9530), ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 10166 (2018-ci ildə 11698) abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Amma II ixtisas qrupu üzrə ümumi plan yerlərinin sayı 14181– dür (2018-ci ildə 11195). Bu, o deməkdir ki, II ixtisas qrupu üzrə 200-dən çox bal toplayan bütün abituriyentlərin tələbə adı qazanmaq şansı var və hətta bu qrup üzrə 5 mindən çox plan yeri boş qalacaq. Hətta II ixtisas qrupu üzrə 150 ballıq ixtisasları seçən abituriyentlərin tələbə adını qazanmaq şansı çoxdur. II ixtisas qrupu üzrə ödənişsiz, dövlət sifarişli plan yerlərinin sayı 3147– dir (2018-ci ildə 2031) ”.



K.Əsədov qeyd edib ki, ixtisas qrupları üzrə ən gərgin vəziyyət III ixtisas qrupundadır. Burada xüsusi ilə 350-dən az bal toplayan abituriyentlər diqqətli olmalıdır.

“Belə ki, 2019-cu ildə III ixtisas qrupu üzrə mumi balı 200-dən və imtahanların ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 15047 (2018-ci ildə 111776), ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 17465 (2018-ci ildə 14143) abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Amma III ixtisas qrupu üzrə ümumi plan yerlərinin sayı 11271 – dir (2018-ci ildə 10601). III ixtisas qrupu üzrə 200-dən çox bal toplayan yalnız 11271 abituriyentin tələbə adı qazanmaq şansı var və hətta bu qrup üzrə 6 mindən çox abituriyentin tələbə adı qazanmaq şansı yoxdur, onlar müsabiqədən kəsilə biləcəklər. Eyni zamanda III ixtisas qrupu üzrə 150 ballıq ixtisasları seçən abituriyentlərin tələbə adını qazanmaq şansı azdır və demək olar ki, yoxdur. Onların ixtisas seçimi zamanı diqqətli olması tövsiyə olunur. III ixtisas qrupu üzrə pulsuz, dövlət sifarişli plan yerlərinin sayı 3782 – dir (2018-ci idə 2175).

2019-cu ildə IV ixtisas qrupu üzrə ümumi balı 200-dən və imtahanların ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 3345 (2018-ci ildə 3726), ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 4082 (2018-ci ildə 4079) abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb. Amma IV ixtisas qrupu üzrə ümumi plan yerlərinin sayı 3710 – dur (2018-ci ildə 3315). Bu, o deməkdir ki, IV ixtisas qrupu üzrə 200-dən çox bal toplayan bütün abituriyentlərin tələbə adı qazanmaq şansı var. Lakin IV ixtisas qrupu üzrə 150 ballıq ixtisasları seçən abituriyentlərin tələbə adını qazanmaq şansı azdır, onların ixtisas seçimi zamanı diqqətli olması tövsiyə olunur. I ixtisas qrupu üzrə pulsuz, dövlət sifarişli plan yerlərinin sayı 2398– dir (2018-ci ildə 1505) ".

Aytən Zəhra
Azvision.az


Teqlər: Kamran-Əsədov   Qəbul   İmtahan  





Xəbər lenti