Paytaxtda daha bir qəza: 1 ölü, 8 yaralı var

 Paytaxtda daha bir qəza:    1 ölü, 8 yaralı var
  29 İyul 2019    Oxunub:2458
İyulun 28-də saat 18 radələrində Səbail rayonu ərazisində Yardımlı rayon sakini S.Cavadovun idarə etdiyi “VAZ-2107” və Masallı rayon sakini İ.Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.
Azvision.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, qəza nəticəsində İ.Məmmədov və 5 sərnişini, habelə S.Cavadov və 2 sərnişini xəstəxanaya yerləşdirilib. S.Cavadovunun sərnişinlərindən İmran Qulamov orada ölüb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Qəza  





Xəbər lenti