Pul nişanları təhlükəsiz konteynerlərdə daşınacaq

 Pul nişanları təhlükəsiz konteynerlərdə daşınacaq
  26 İyul 2019    Oxunub:1498
"Mərkəzi Bank tərəfindən yeni qaydalar hazırlanır. Bu qaydalarda pul nişanlarının oğurlanması da əksini tapıb".
Azvision.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) “Tədavülə yararsız milli pul nişanlarının əlamətlərinin müəyyən edilməsi, dəyişdirilməsi və pulların ekspertizası Qaydaları”nı şərh edən Nağd pul departamentinin direktoru Adışirin Qasımov deyib.

Onun sözlərinə görə, xarici təcrübədə pul nişanları daha təhlükəsiz konteynerlərdə daşınır, oğurlanan zaman onlar xüsusi rənglə nişanlanır və yararsız olur.

“Bununla bağlı təkliflərimizi Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etmişik və bank sektorunun mövqeyini gözləyirik”.

Aytən Zəhra
Azvision.az


Teqlər: MərkəziBank   Manat  





Xəbər lenti