“Banklar üzərlərinə risk götürürlər” - Baş bankirdən faiz açıqlaması

“Banklar üzərlərinə risk götürürlər” -   Baş bankirdən faiz açıqlaması
  26 İyul 2019    Oxunub:2193
Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədə əmanətlərin sığortalanma faizinin azaldılmasına (milli valyuta əmanətlərində 15%-dən 10%-ə, xarici valyuta əmanətlərində 3%-dən 2,5%-ə) münasibət bildirib.
Azvision.az -ın məlumatına görə, E.Rüstəmov deyib ki, bazarda aparılan bütün əməliyyatlar müəyyən edilmiş faiz dəhlizinə uyğun olmalıdır.

"Hazırda ölkədə biznes kreditlərinin illik faiz dərəcələri uçot dərəcəsinin yuxarı həddinin üstündə olsa da, bu həddə yaxınlaşmaqdadır. İstehlak kreditlərinə gəlincə, banklar bu kreditləri adətən təminatsız verir və üzərlərinə risk götürürlər. Ona görə də, bu sahədə faizlər bir qədər yüksək ola bilər”.

Aytən Zəhra
Azvision.az



Teqlər: Elman-Rüstəmov  





Xəbər lenti