Elman Rüstəmovun inflyasiya proqnozu

Elman Rüstəmovun inflyasiya proqnozu
  26 İyul 2019    Oxunub:3744
İlin sonuna inflyasiyanın hədəf daxilində 4±2% faiz həcmində qalacağı proqnozlaşdırılır.

Azvision.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, yanvar-iyun aylarında malların ixracı 15 faizdən, qeyri-neft ixracı isə 13 faizdən çox artıb.
"Neftin orta qiyməti ötən dövrdə 66 dolları üstələyib. Ölkənin strateji ehtiyatları 9,6 faiz, başqa sözlə, 4,3 milyard dollar artaraq 49 milyard dolları keçib".

E.Rüstəmov qeyd edib ki, hazırda ölkədə faktiki inflyasiya hədəfdən aşağıdır: “İyun ayında aparılmış sorğu nəticəsində məlum olub ki, əhalinin cəmi 2,3%-i inflyasiya tempinin yüksələcəyini gözləyir. Bu, mart ayına nisbətən 10 faiz bəndi azdır”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Elman-Rüstəmov  





Xəbər lenti