Müəllim olmaq istəyən 33 nəfərin nəticəsi ləğv olundu

Müəllim olmaq istəyən 33 nəfərin nəticəsi ləğv olundu
  25 İyul 2019    Oxunub:2886
Müəllimlərin işə qəbulu imtahanında 33 nəfər imtahan qaydalarını pozduğu üçün nəticəsi ləğv edilib.

Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, namizədlər arasında ən çox pozuntu halı köçürməyə cəhd və yanındakı şəxslə danışmaq olub.


"Digər ən geniş yayılmış nöqsan başqasına məxsus olan şəxsiyyət vəsiqəsi ilə imtahana qatılmaqdır. Bundan əlavə, xüsusi radio-texniki qurğularla imtahana keçməyə cəhd edənlər də olub".

Aytən Zəhra
Azvision.az


Teqlər: İmtahan   Təhsil-Nazirliyi  





Xəbər lenti