Sumqayıtda dənizə düşən şəxs xilas edilib

Sumqayıtda dənizə düşən şəxs xilas edilib
  25 İyul 2019    Oxunub:1839
Sumqayıt şəhərində qeyri-məntəqə (nəzarətsiz) ərazisində bir nəfər dənizə düşüb.
Azvision.az xəbər verir ki, bu barədə FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az



Teqlər: FHN   Dəniz   Sumqayıt  



Xəbər lenti