Erməni hərbçi qulluqçu borca görə intihar edib

   Erməni hərbçi qulluqçu borca görə intihar edib
  24 İyul 2019    Oxunub:2481
Ermənistanın paytaxtı İrəvanda intihar hadisəsi baş verib.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Rusiyanın Ermənistanda dislokasiya olunmuş sərhəd qoşunlarında müqavilə əsasında xidmət edən 30 yaşlı erməni hərbi qulluqçu yaşadığı bağ evində özünü asıb.
Məlum olub ki, intihar edən şəxsin həmkarlarına külli miqdarda borcu olub. Onun bu səbəbdən canına qəsd etdiyi ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: İntihar   Erməni   Borc  





Xəbər lenti