Dənizdə batan 16 yaşlı oğlanın meyiti tapıldı

  23 İyul 2019    Oxunub : 1560
 Dənizdə batan 16 yaşlı oğlanın meyiti tapıldı
Astara rayonunda dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü İsmayılov Sahib Rauf oğlunun axtarışları başa çatıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, S.İsmayılovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Azvision.az

Teqlər: FHN   Dəniz