Şirvan sakini həmyerlisini boynundan bıçaqlayıb

  23 İyul 2019    Oxunub : 947
Şirvan sakini həmyerlisini boynundan bıçaqlayıb
İyulun 22-də Şirvan şəhəri ərazisində naməlum şəxs şəhər sakini Ə.Zeynalova bıçaqla boyun nahiyəsindən xəsarət yetirib.
DİN-nin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, xəstəxanaya yerləşdirilən Ə.Zeynalovun vəziyyəti orta-ağırdır.

Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi T.Səfərov saxlanılıb. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN