“Baku-2019” - 6 idmançı təcili yardım çağırdı

  23 İyul 2019    Oxunub : 1802
 “Baku-2019” - 6 idmançı təcili yardım çağırdı
Ötən gün "Olimpiya Gənclər Festivalı 2019" məkanlarında növbətçilik çəkən Təcili Tibbi yardım briqadalarına idmançılar tərəfindən 6 müraciət daxil olub.
Bu barədə Azvision.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müraciətlərdən 5-i xırda travmalarla əlaqəli olduğundan həkimlər idmançılara yerində yadım ediblər:

"18 yaşlı türkiyəli basketbolçu qız sol diz oynağının travması ilə müraciət edib, onu təcili tibbi yardım briqadası Kiliniki Tibbi Mərkəzə çatdırıb. Yardım edildikdən sonra buraxılıb. Vəziyyəti normaldır".

Aytən Zəhra
Azvision.az

Teqlər: Baku-2019   Təcili-Yardım