Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə!

Rezidenturaya qəbul olmaq istəyənlərin nəzərinə!
  22 İyul 2019    Oxunub:1688
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.

Azvision.az



Teqlər: DİM   Rezidentura  





Xəbər lenti