22 yaşlı oğlan dənizdə boğularaq ölüb - Yenilənib

22 yaşlı oğlan dənizdə boğularaq ölüb -  Yenilənib
  22 İyul 2019    Oxunub:4334
Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Mövlanov Fuad Azad oğlunun axtarışları başa çatıb.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, F.Mövlanovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***
Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə, qeyi-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər: FHN  





Xəbər lenti