FHN Nərimanovda təhlükənin qarşısını aldı

  21 İyul 2019    Oxunub : 914
FHN Nərimanovda təhlükənin qarşısını aldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının fasadına vurulan aqlay daşlarının yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər daş parçalarını götürərək sakinlərin təhlükəsizliyini təmin ediblər.

Azvision.az

Teqlər: FHN