Muxtar respublikada 2293 yeni iş yeri yaradılıb

   Muxtar respublikada 2293 yeni iş yeri yaradılıb
  19 İyul 2019    Oxunub:1666
2019-cu ilin yanvar-may aylarında orta aylıq əməkhaqqının məbləği 440 manat təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövründəki göstəricidən 4,6 faiz çoxdur və Naxçıvan Muxtar Respublikası üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksəkdir
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, 2019-cu ilin yanvar-iyun aylarında muxtar respublikada 2293 yeni iş yeri yaradılıb ki, bunun da 2271-i və ya 99 faizi daimi iş yerləridir.

Azvision.az


Teqlər: Naxçıvan   Əməkhaqqı   İşyeri  





Xəbər lenti