FHN Bakıda təhlükənin qarşısını alıb

  17 İyul 2019    Oxunub : 771
FHN Bakıda təhlükənin qarşısını alıb
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının dam örtüyünə bərkidilən dəmir barmaqlıqların asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər dəmir barmaqlıqları yerinə bərkidib və müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər.

Azvision.az

Teqlər: FHN