Əhalinin banklardakı əmanəti daha çox xarici valyutadadır

  17 İyul 2019    Oxunub : 774
Əhalinin banklardakı əmanəti daha çox xarici valyutadadır
Azərbaycanda banklara əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub.
Azvision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu il iyun ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 8622,9 milyon manat təşkil edib.

Əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,8 faiz artıb, xarici valyutada əmanətlər isə təqribən eyni səviyyədə qalıb.

İyun ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avroya - 1,92 (1,92) manata, 100 rus rubluna isə 2,65 (2,61) manata bərabər olub.

Azvision.az

Teqlər: Statistika   Bank   Əmanət