Qazaxda 3 otaqlı ev yanıb

  17 İyul 2019    Oxunub : 914
Qazaxda 3 otaqlı ev yanıb
Qazax rayonunun Daş Salahlı kəndində ümumi sahəsi 120 m² olan 1 mərtəbəli 3 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, evin dam örtüyü və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın   Qazax