Azərbaycanda 1112 minik avtomobili istehsal olunub

  17 İyul 2019    Oxunub : 813
Azərbaycanda 1112 minik avtomobili istehsal olunub
Yanvar-iyun aylarında Azərbaycanda 1112 minik avtomobili istehsal edilib.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, 6 ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 129,1 milyon manatlıq məhsul istehsal edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 83,6 faiz, maşın və avadanlıqların istehsalı 10 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 1,8 faiz artıb. Hesabat dövründə, həmçinin 747 traktor istehsal olunub.

Azvision.az

Teqlər: DSK   Maşın