BTC ilə 16 milyon tonadək neft daşınıb

  17 İyul 2019    Oxunub : 769
BTC ilə 16 milyon tonadək neft daşınıb
Yanvar-iyun aylarında Azərbaycandakı magistral neft kəmərləri ilə 19 milyon 744 min ton neft nəql olunub.
Dövlət Statistika Komitəsindən Azvision.az -a bildirilib ki, nəqletmənin 81 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) ilə həyata keçirilib və 6 ayda bu kəmərlə 15 milyon 985,7 min ton neft nəql edilib.

Yarım ildə BTC ilə 2 milyon 316,3 min ton tranzit nefti də ötürülüb.

Azvision.az

Teqlər: BTC   Neft