Neftin qiyməti bahalaşır

  17 İyul 2019    Oxunub : 788
Neftin qiyməti bahalaşır
Dünya birjalarında neftin qiyməti bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,26 dollar artaraq 64,41 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,08 dollar bahalaşaraq 57,70 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar geriləyərək 68,56 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft