İsmayıllıda 5 nəfər yol qəzasında yaralanıb
"VAZ 2107" markalı minik avtomobili ilə "BMW" markalı minik avtomobilinin toqquşub. Zərbənin gücündən "BMW" yoldan çıxaraq aşıb. Hadisə nəticəsində 5 nəfər - 1988-ci il təvəllüdlü Əminə Hacıyava, 1987-ci il təvəllüdlü Ceyhun Məmmədov, 1989-cu il təvəllüdlü Nərgiz Bilanova və adı hələ ki, məlum olmayan iki nəfər şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Azvision.az