Vəkillər Kollegiyasının üzvlüyünə sənəd qəbulu davam edir

  15 İyul 2019    Oxunub : 746
Vəkillər Kollegiyasının üzvlüyünə sənəd qəbulu davam edir
Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsində iştirak üçün sənəd qəbulu davam edir.
Vəkillər Kollegiyasından Azvision.az -a verilən məlumata görə, imtahanda iştirak üçün 300-dən çox namizədin sənədinin qəbul edilməsi və yerlərin məhdud olması ilə əlaqədar hər imtahanda 250 namizədin iştirak edəcəyi nəzərə alınaraq sentyabrda ardıcıl imtahanların keçirilməsi nəzərdə tutulub.

Vəkilliyə qəbulla bağlı hüquqşünas ixtisası üzrə tələb olunan üç il iş stajının tamamlanmasına üç ay qalmış Sənəd Qəbulu Komissiyasına müraciət edilə bilər.

Sənəd qəbulu üçün elektron qaydada müraciət etmək istəyən şəxslər https://azvision.az/redirect.php?url=http://www.barassociation.az/recruitment keçidində göstərilən anket formasını doldurmalı, https://azvision.az/redirect.php?url=http://www.barassociation.az/other keçidində yerləşdirilmiş bank rekvizitləri vasitəsilə ödəniş etməli, anket formasının və ödəniş qəbzinin skan olunmuş surətlərini [email protected] elektron ünvanına göndərməlidirlər.

Əlavə məlumat üçün 012 594 14 95 telefon nömrəsi ilə əlaqə saxlamaq mümkündür.

Azvision.az

Teqlər: Vəkil