Kim Vikidüşərgəyə getmək istəyir?

Kim Vikidüşərgəyə getmək istəyir?
  13 İyul 2019    Oxunub:2054
“ProDemos” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə“WikiCamp 2019” – gənclərin Vikipediya bacarıqlarının inkişaf etdirilməsi layihəsi çərçivəsində təlimlər təşkil edir.
Düşərgə 2019-cu ilin avqust ayının ikinci ongünlüyündə Xaçmaz rayonunda təşkil olunacaq. Təlimlər zamanı Vikipediya haqqında ümumi məlumat, istifadə qaydaları, Vikipediya platformasında sərbəst fəaliyyət tədris olunacaq. Təlimdə iştirak edən şəxslərin nəqliyyat, mehmanxana və yemək xərcləri təşkilat tərəfindən ödəniləcək.

Təlimlərin yekununda iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək.

Təlim iştirakçıları müsahibə yolu ilə seçiləcəkdir və seçim zamanı, xarici dil biliyinə (ingilis, rus, fransız, alman, italyan dili və s.), kompüterdə işləmək bacarığına malik olan, tarix, coğrafiya, iqtisadiyyat və beynəlxalq münasibətlərlə yaxından maraqlanan şəxslərə üstünlük veriləcək.

İştirak etmək istəyənlər [email protected] elektron ünvanına 31.07.2019-cu il tarixinədək aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. Şəxsiyyət vəsiqəsi;
2. CV;
3. Tərcümeyi-hal.



Teqlər: Vikidüşərgə  





Xəbər lenti