Komitəyə 6 ayda 25 min şəxs müraciət edib

Komitəyə 6 ayda 25 min şəxs müraciət edib
  12 İyul 2019    Oxunub:1495
Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin 195/6 Çağrı mərkəzinə 25 min 581 zəng edilib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Azvision.az -a bildirilib ki, daxil olan zənglərin 4765-i elektron xidmətlər, 2698-i gömrük ödənişləri, 3996-sı fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar ilə bağlı olub. Həmçinin zəng edən şəxslərdən 2446-sı sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru və digər mövzularla bağlı müraciət ünvanlayıb.

Azvision.az


Teqlər: DGK   Müraciət  





Xəbər lenti