Mərdəkanda zəncirvari qəza , 4 maşın toqquşdu - VİDEO

  12 İyul 2019    Oxunub : 1771
 Mərdəkanda zəncirvari qəza , 4 maşın toqquşdu - VİDEO
Bu gün günorta saatlarında Bakının Mərdəkan qəsəbəsində zəncirvari yol qəzası baş verib.
Azvision.az xəbər verir ki, qəza qəsəbənin Nizami adına Mədəniyyət Mərkəzinin qarşısında qeydə alınıb.

Belə ki, “Volkswagen Jetta”, “Opel Astra”, “Mercedes” və “Kia Sportage” markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da maşınlara ciddi xəsarət dəyib.

Qəzadan sonra nəqliyyat vasitələrinin hərəkətində tıxac yaranıb.Hadisə yerinə DYP əməkdaşları cəlb edilib, qəzanın səbəbləri araşdırılır.



İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: DYP   Qəza