Əmək pensiyalarının ildə bir dəfə indeksləşdirilməsinin səbəbi açıqlanıb

   Əmək pensiyalarının ildə bir dəfə indeksləşdirilməsinin səbəbi açıqlanıb
  12 İyul 2019    Oxunub:2108
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Valeh Ələsgərov pensiyaların ildə bir dəfə indeksləşdirilməsinin səbəbini açıqlayıb.
Azvision.az xəbər verir ki, V.Ələsgərov deyib ki, istehlak qiymətləri indeksinə uyğun olaraq əmək pensiyalarının ayda bir dəfə indeksləşdirilməsi olarsa, rəqəm bir ay yüksələcək, bir ay enəcək.

Vitse-spikerin sözlərinə görə, bir illik ona görə seçilib ki, orta dəyəri qiymətləndirib, ona uyğun indeksləşdirilmə həyata keçirilir.

Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev əmək pensiyalarının ayda bir dəfə indeksləşdirilməsini təklif edib.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Pnesiya   İndeks  





Xəbər lenti