Oturacağın arxasından 2200 ədəd “Marlboro” çıxdı
Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı “Cek” ləqəbli kinoloji xidməti itinin reaksiyası nəticəsində avtomobilin arxa oturacağının arxa tərəfindən “Marlboro” markalı 2200 ədəd siqaret aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.
Azvision.az
Teqlər: DGK