Naxçıvanda 6 ayda 890 nəfərə əmək pensiyası təyin edilib

Naxçıvanda 6 ayda 890 nəfərə əmək pensiyası təyin edilib
  12 İyul 2019    Oxunub:1622
2019-cu ilin 6 ayı ərzində fondun yerli orqanları tərəfindən 582 nəfərə yaşa, 91 nəfərə əlilliyə, 217 nəfərə isə ailə başçısını itirməyə görə, ümumilikdə, 890 nəfərə əmək pensiyası təyin edilib.
Azvision.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunda keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, hesabat dövründə müvafiq mərkəzi icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının toplanılması üzrə fondun xəzinə hesabına 39 milyon 16 min 200 manat vəsait daxil olub. Bu isə proqnoz üzrə nəzərdə tutulmuş 26 milyon 950 min manat vəsaitdən 12 milyon 66 min 200 manat çoxdur. Məcburi dövlət sosial sığorta haqlarının 27 milyon 65 min 470 manatı büdcə təşkilatlarının, 11 milyon 950 min 730 manatı isə qeyri büdcə təşkilatlarının hesabına olub. Ümumilikdə isə pensiya və müavinətlərin ödənişinə ayrılan vəsaitin 53,9 faizi məcburi dövlət sosial sığortahaqqı şəklində muxtar respublikada yığılıb.

Ümumiyyətlə, 2019-cu ilin 6 ayı ərzində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu büdcəsinin xərcləri 73milyon 427min 537 manat icra olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 milyon 285 min 991 manat çoxdur. Hesabat dövründə pensiya və müavinətlərinmaliyyələşdirilməsinə 72milyon 289 min 149 manat vəsait yönəldilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 328 min 800 manat çoxdur.

Azvision.az


Teqlər: Naxçıvan   Pensiya  





Xəbər lenti