Gömrükdən qanunsuz siqaret keçirmək istədi

Gömrükdən qanunsuz siqaret keçirmək istədi
  11 İyul 2019    Oxunub:1948
Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun Rusiya Federasiyası istiqamətindən idxal gömrük nəzarət xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Vaz 21110" avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən Azvision.az -a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən gömrük nəzarətindən gizlədilən 1375 ədəd "Belomorkanal" papirosları aşkarlanıb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DGK   Siqaret  





Xəbər lenti