Biləsuvarda qadın qarpızdan ölüb? - AQTA araşdırır

  11 İyul 2019    Oxunub : 1326
 Biləsuvarda qadın qarpızdan ölüb? - AQTA araşdırır
Biləsuvarda qadının qarpızdan zəhərlənərək ölməsi ilə bağlı yayılan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.
AQTA-da Azvision.az -a verilən məlumata görə, hadisənin qida zəhərlənməsi olub-olmaması və baş vermə səbəbləri ilə bağlı aidiyyəti qurumların əməkdaşları ilə birlikdə araşdırmalar aparılır.

Qeyd olunub ki, araşdırmanın nəticələri ilə bağlı ətraflı məlumat ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Biləsuvarda 1992-ci il təvəllüdlü Əlizadə Cəmilə qarpızdan zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına aparılıb, lakin şəxsin həyatını xilas etmək mümkün olmayıb.

Aytən Zəhra
Azvision.az

Teqlər: AQTA