“Azeri Light”ın qiyməti 2,33 dollar artıb

  11 İyul 2019    Oxunub : 809
“Azeri Light”ın qiyməti 2,33 dollar artıb
Dünya birjalarında neftin qiyməti bahalaşır.
Azvision.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,02 dollar artaraq 67,03 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,07 dollar bahalaşaraq 60,50 dollar təşkil edib.

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 2,33 dollar artaraq 68,11 dollar təşkil edib.

Azvision.az

Teqlər: Neft