Maşın oğurlayan keçmiş məhkum tapıldı

Maşın oğurlayan keçmiş məhkum tapıldı
  10 İyul 2019    Oxunub:1604
İyulun 7-də Xocasən qəsəbəsi ərazisindən qəsəbə sakini E.Əsgərova məxsus “VAZ-2107” markalı avtomobilin qaçırılması barədə Binəqədi RPİ 40-cı PB-yə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, dərhal keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Ağazadə saxlanılıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə avtomobil iyulun 9-da saat 19 radələrində 1-ci Alatava yaşayış sahəsində tapılıb. Araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti