Bir gündə iki piyada qəzada ölüb

  09 İyul 2019    Oxunub : 1069
Bir gündə iki piyada qəzada ölüb
İyulun 8-də saat 17 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.Əmrəliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Püstə Cəfərovanı vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, həmin gün saat 13 radələrində Xırdalan şəhəri ərazisində Bakı şəhər sakini Y.Zərbalıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən şəhər sakini Rasim Hüseynovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: DİN   Qəza