Sumqayıt dənizə düşən şəxs xilas edilib

  09 İyul 2019    Oxunub : 621
Sumqayıt dənizə düşən şəxs xilas edilib
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində Dənizkənarı Bulvarın ərazisində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.
Azvision.az -ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az

Teqlər: FHN