Azercell-dən daha bir yenilik

Azercell-dən daha bir yenilik
  09 İyul 2019    Oxunub:2109
Proqressiv ideyaların dəstəkçisi və təşəbbüskarı kimi tanınan Azercell Telekom-un geniş çeşiddə məhsullar, xidmətlər və həllər bazasına malik olması onun ölkənin telekommunikasiya sahəsinin lideri mövqeyində qərarlaşmasına yardım edib.
Şirkət yeni nəsil bağlantı erasında öz rəqəmsal həllərini daha da zənginləşdirərək, mobil tətbiqini abunəçilərin istifadəsinə verib. Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional “Kabinetim” tətbiqini App Store və ya Play Store-dan Azercell/Kabinetim açar sözünü axtarışa verməklə, ödənişsiz olaraq yükləmək mümkündür. Tətbiq istifadəçilərə nömrə xəttinin idarəedilməsi, balansa nəzarət, balans artırma, İnternet paketlərinin və Rominq internet paketlərinin aktivləşdirilməsi, tarif paketinin dəyişdirilməsi və bir çox başqa imkanlar təqdim edir. Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi istifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə işlənib hazırlanıb.

Müasir texnologiyaların və biznes həllərin köməyilə insan həyatını asanlaşdırmağı hədəfləyən Azercell ilə rəqəmsal dünyanın yenilikləri indi daha əlçatandır.
Azercell “Kabinetim” tətbiqini yüklə və rahatlıqdan zövq al!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir.

Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir.

Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

Azvision.az



Teqlər: Azercell  





Xəbər lenti