Ötən ay avtovağzaldan 287 585 sərnişin daşınıb

Ötən ay avtovağzaldan 287 585 sərnişin daşınıb
  08 İyul 2019    Oxunub:1710
2019-cu ilin iyun ayı ərzində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən ümumilikdə 10 915 reyslə 287 585 sərnişin daşınıb.
Bakı Beynəlxalq Avtovağzalın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, iyun ayı ərzində 260 000 sərnişin şəhərlərarası istiqamətlərə, 27 585 sərnişin isə Beynəlxalq reyslərlə yola düşüb.

Şəhərlərarası istiqamətlərdə ən çox sərnişin axını Gəncə, Qırmızı Körpü , Xaçmaz , Quba , Qusar , Mingəçevir , Şəki şəhərlərinə olub.

Beynəlxalq reyslərdə isə Marneuli , İstanbul , Tbilisi , Naxçıvan şəhərlərinə gedənlərin sayı üstünlük təşkil edir.

Qabaqcadan satış kassalarından və “Onlayn” qaydada bilet alanların sayı 15 000-dən çoxdur. Sərnişin sayından asılı olaraq bölgələrə və beynəlxalq reyslərə avtobus sayı artırılıb.

Ötən ilin iyun ayı ilə müqayisədə Beynəlxalq reyslərlə səfər edənlərin sayında artım müşahidə olunur.

Azvision.az


Teqlər: Sərnişin   Avtovağzal  





Xəbər lenti