Bu günədək 2768652 ton taxıl yığılıb

Bu günədək 2768652 ton taxıl yığılıb
  06 İyul 2019    Oxunub:1710
Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1009139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677793 hektarı buğda, 331346,8 hektarı arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyindən Azvision.az -a verilən məlumata görə, iyulun 6-na olan operativ məlumata görə, ölkə ərazisində 871488 hektar ərazidə taxıl biçini aparılıb, 330288 hektar ərazidə arpa, 541200 hektar ərazidə buğda biçini başa çatıb.

Ümumilikdə bu günədək ölkə üzrə 2768652 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,8 sentner təşkil edir.

Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala və Ağcabədidə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir. Ağsu ərazisində arpa əkilmiş 16036 hektar sahənin 15830 hektarı artıq biçilib, buğda əkilmiş 20039 hektar sahənin 17840 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 31 s/ha, buğda üzrə məhsuldarlıq 32,6 s/ha təşkil edir.

Şəki ərazisində arpa əkilmiş 21626,3 hektar sahənin 21580 hektarı artıq biçilib, buğda əkilmiş 45962 hektar sahənin 38930 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 34,3 s/ha, buğda üzrə məhsuldarlıq 33,7 s/ha təşkil edir. Ağdaş, Beyləqan, Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə edilib.


Azvision.az


Teqlər: Taxıl   KTN  





Xəbər lenti