Taxıl sahələrinin 84 faizi biçilib

Taxıl sahələrinin 84 faizi biçilib
  05 İyul 2019    Oxunub:2023
Respublika ərazisində taxıl biçini davam edir. Bu il Azərbaycan ərazisində 1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunun 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı isə arpa sahəsidir.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Azvision.az -a verilən məlumata görə, iyulun 5-nə olan operativ məlumata görə, ölkə ərazisində 853 min 866,7 hektar ərazidə taxıl biçini aparılıb, 327 min 339 hektar sahədə arpa, 526 min 527,7 hektar zəmidə isə buğda biçini başa çatıb. Ümumilikdə, bu günədək ölkə üzrə 2 milyon 715 min 634,2 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,8 sentner təşkil edir.

Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala və Ağcabədidə taxıl biçini başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər və Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir.

Şamaxı ərazisində arpa əkilmiş 12 min 195 hektar zəminin 10 min 479 hektarı və buğda əkilmiş 29 min 630 hektar sahənin 21 min 539 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 17 s/ha, buğda üzrə məhsuldarlıq 20 s/ha təşkil edir.

Cəlilabad ərazisində arpa əkilmiş 4509 hektar sahənin 4460 hektarı və buğda əkilmiş 54 min 908 hektar zəminin 47 min 742 hektarı artıq biçilib. Rayonda arpa məhsuldarlıq 35,2 s/ha, buğda üzrə məhsuldarlıq 37,1 s/ha təşkil edir. Ağdaş, Beyləqan və Tərtər rayonlarında da taxıl biçinində yüksək nəticələr əldə olunub.

Azvision.az


Teqlər: KTN   Taxıl  





Xəbər lenti