Bakıda orta aylıq əməkhaqqı 820 manatdır

Bakıda orta aylıq əməkhaqqı 820 manatdır
  03 İyul 2019    Oxunub:1667
2019-cu yanvar-aprel aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən Bakıda işçilərin orta aylıq nominal əməkhaqqı 3,9 faiz artaraq 820,0 manat olub.
Bakı Şəhər Statistika İdarəsindən Azvision.az -a verilən məlumata görə, ən yüksək orta aylıq əməkhaqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə ən aşağı əməkhaqqı qeydə alınıb.

Azvision.az



Teqlər: BŞST   Bakı  





Xəbər lenti