Bakı sakinləri ərzağa 3,5 milyard xərcləyib

   Bakı sakinləri ərzağa 3,5 milyard xərcləyib
  03 İyul 2019    Oxunub:1717
2019-cu ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 2018-ci ilin yanvar-may ayları ilə müqayisədə 3,4 faiz artaraq 8041,7 milyon manat olub.
Bakı Şəhər Statistika İdarəsindən Azvision.az -a verilən məlumata görə, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,4 faiz artaraq 3518,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,6 faiz artaraq 4523,1 milyon manata bərabər olub.

İstehlak məhsullarının 27,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,6 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 26,0 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Azvision.az


Teqlər: Statistika   Bakı  





Xəbər lenti