Maksimum bal yığan qız: “Mühəndis olmaq istəyirəm” - FOTO

 Maksimum bal yığan qız:    “Mühəndis olmaq istəyirəm” - FOTO
  02 İyul 2019    Oxunub:19658
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları üzrə iyunun 23-də keçirilmiş qəbul imtahanlarının nəticələrini açıqlayıb.
DİM-in yaydığı məlumata görə, imtahanda I ixtisas qrupu üzrə 7 abituriyent (Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, 61 saylı orta məktəb, Zaqatala rayonu 3 saylı şəhər orta məktəbi, İmişli rayonu 1 saylı şəhər məktəb-liseyi, Mingəçevir şəhəri 8 saylı şəhər orta məktəbi, Lənkəran rayonu Boladi kənd 2 saylı orta məktəbin məzunları), IV ixtisas qrupu üzrə isə 2 abituriyent (Bakı şəhəri Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyi, Bərdə rayonu 5 saylı şəhər orta məktəbin məzunları) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimal nəticə – 400 bal toplayıb.

Azvision.az xəbər verir ki, qəbul imtahanında maksimum bal toplayan abituriyentlərdən biri Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Elza Qurbanovadır.



Qəbul və buraxılış imtahanları ilə birgə 688,6 bal yığan E. Qurbanova təəssüratlarını Azvision.az -la bölüşüb. O, gələcəkdə mühəndis olmaq istədiyini deyib.

“Ümumi balım 688,6-dır. Belə nəticəni gözləyirdim. Çünki mənim, müəllimlərimin və valideynlərimin əziyyəti çox idi. Müəllimlərimə minnətdaram. Birinci qrup olduğuna görə mühəndisliyi seçmək istərdim. Qız olmağıma baxmayaraq, mühəndislik mənim üçün yaxşı peşədir. Bakı Ali Neft Məktəbi yaxşı təhsil müəssisəsidir, hətta mənim xəyallarımdır”,- deyə E.Qurbanova qeyd edib.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İmtahan   Qəbul  





Xəbər lenti