Bakı-Şamaxı yolunu su basıb, hərəkət dayanıb

  Bakı-Şamaxı yolunu su basıb, hərəkət dayanıb
  30 İyun 2019    Oxunub:3674
Ölkə ərazisində yağan yağış Bakı-Şamaxı-Yevlax avtomobil yolunda problemlər yaradıb.
Azvision.az Trend-ə istinadən xəbər verir ki, yolun Acıdərə qəsəbəsi ərazisindən keçən hissəsində güclü leysan sel yaradıb və yolun tikilməkdə olan hissəsini sel yuyub. Nəticədə yolun hərəkət hissəsində avtomobilləri hərəkətində problem yaranıb.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvə və texnikaları cəlb edilib və yolda avtomobillərin hərəkəti bərpa olunub.

Azvision.az



Teqlər: Şamaxı   Yol   Su   Maşın  





Xəbər lenti