Bakıda qəzaya düşən dünya çempionu öldü - FOTOLAR
Azvision.az xəbər verir ki, ötən gün idarə etdiyi “Niva” markalı maşınla Bakıda qəzaya düşən idmançı ağır bədən xəsarətləri alaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, F.Poladov “Koroğlu” metrostansiyasının yaxınlığında “Niva” avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və “Hyundai” markalı avtomobillə toqquşub.
Xatırladaq ki, F.Poladov iki dəfə kunq-fu üzrə dünya çempionu olub. O, həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını əldə edib.
Azvision.az
Teqlər: Qəza Dünya-Çempionu