Dünya çempionu Bakıda ağır qəza törədib

Dünya çempionu Bakıda ağır qəza törədib
  30 İyun 2019    Oxunub:5138
Qaydasız MMA döyüşü üzrə dünya və Avropa çempionu olmuş Fərhad Poladov Bakıda yol qəzası törədib.

Azvision.az “Report”a istinadən xəbər verir ki, idmançı “Koroğlu” metrostansiyasının yaxınlığında özünün “Niva” avtomobili ilə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib.
Nəticədə nəqliyyat vasitəsi səkiyə çırpılaraq yolun əks tərəfinə çıxıb və “Hyundai” markalı avtomobillə toqquşub

F.Poladov hadisə zamanı ağır xəsarət alıb. O, sol ayağının və döş qəfəsinin sınığı diaqnozu ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat edilib.

Qeyd edək ki, F.Poladov MMA-da bir çox uğurlara imza atıb. O, 2 dəfə kunq-fu üzrə dünya çempionu olub. Həmçinin 2013-cü ildə MMA üzrə dünya kubokunu qazanıb. F.Poladov habelə 2014-cü ildə MMA üzrə dünya çempionatının qızıl medalını da əldə edib.

Azvision.az



Teqlər: İdmançı   Niva   Qəza   Xəstəxana  





Xəbər lenti