982 ədəd çətənə kolu məhv edilib

982 ədəd çətənə kolu məhv edilib
  29 İyun 2019    Oxunub:1535
“Xaş–xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, rayonun Malay kəndi ərazisində vətəndaşa məxsus əkin sahəsində ümumi çəkisi 306 kiloqram olan yabanı halda bitmiş 982 ədəd narkotik tərkibli çətənə kolları kökündən çıxarılıb, yandırılaraq məhv edilib.

Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Azvision.az



Teqlər: DIN  





Xəbər lenti