Bankların mənfəəti artıb

Bankların mənfəəti artıb
  27 İyun 2019    Oxunub:1648
Bank sektorun balans kapitalı may ayı ərzində 1.7% (73.1 mln. manat) artaraq 4,492.8 mln. manata çatıb.
Maliyyə Bazarlarına Nəzarət Palatasından Azvision.az -a verilən məlumata görə, may ayında bankların əməliyyat mənfəəti 20.3% (58.5 mln. manat) artaraq 346.9 mln. manat, xalis mənfəəti isə 325.8 mln. manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə faiz gəlirləri 14.6%, kreditlər üzrə faiz gəlirləri isə 18.4% artıb.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 512, şöbələrinin sayı 129, ATM-lərin sayı 2,568 olub. Bank sektorunun işçi heyətinin sayında artım may ayında da davam etmişdir. Belə ki, 2019-cu ilin may ayında işçi sayı 1.2% (209 nəfər) artaraq 18,191 nəfər təşkil edib.

Azvision.az





Teqlər: Bank   Gəlir  





Xəbər lenti