Magistraturaya qəbul olunan bakalavrların nəzərinə

Magistraturaya qəbul olunan bakalavrların nəzərinə
  27 İyun 2019    Oxunub:1933
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar iyunun 27-dən iyulun 10-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri müvafiq ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Dövlət İmtahan Mərkəzindən Azvision.az -a verilən məlumata görə, göstərilən müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər. Bakalavrlar tələb olunan sənədlərin siyahısını qəbul olunduqları ali təhsil müəssisəsindən öyrənə bilərlər.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti