Bakıda qardaş bacısını qətlə yetirib

  27 İyun 2019    Oxunub : 4063
 Bakıda qardaş bacısını qətlə yetirib
Bakıda qətl hadisəsi baş verib.
Azvision.az "Report"-a istinadən xəbər verir ki, hadisə Səbail rayonunda, Xaqani bağı ərazisində qeydə alınıb.

Pərvanə adlı 21 yaşlı qız (soyadı dəqiqləşdirilir -red) qardaşı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və cərrahi əməliyyat edilib. Lakin həkimlərin səyinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirmədən ölüb.

Məlumata görə, gənc qız Səbail rayonundakı gecə klublarının birində xidmətçi işləyirmiş. Faktla bağlı araşdırma aparılır.

Azvision.az

Teqlər: Qətl